Türkmənistan və İrandan keçməklə İraqa qaz ixrac ediləcək
Əvvəllər Türkmənistan və Azərbaycan İranla qaz mübadiləsinə dair razılıq əldə etmişdilər və keçən il Türkmənistandan İrana təxminən bir milyard kubmetr qaz tədarük olunub, İran da eyni həcmdə qazı Azərbaycana çatdırıb.
Türkmənistanın Azərbaycanla qaz mübadiləsinə gəlincə, İran qazın 15%-ni svop haqqı kimi alır, lakin Türkmənistandan İraqa qaz mübadiləsi barədə hələlik məlumat verilməyib.
Ötən illərin qışında həmişə qaz defisiti ilə üzləşən İranın İraq və Türkiyəyə qaz ixracı pozulub. Digər tərəfdən, ABŞ-nin sanksiyaları nəticəsində Bağdad İrandan idxal etdiyi elektrik enerjisini və qazı İraq dinarı ilə İraq Ticarət Bankındakı hesabına yatırır. İran isə bu resurslardan yalnız İraqın özündən mallar idxal etmək üçün yararlana bilir.
AzVision.az
Teqlər: Türkmənistan İraq