Ziya Nəbəvi Evin həbsxanasına "təslim" olacaq

Ziya Nəbəvi  Evin həbsxanasına    "təslim"    olacaq
  10 Noyabr 2023    Oxunub:854
Tələbə fəalı və keçmiş siyasi məhbus Ziya Nəbəvi “bir il həbs cəzası” çəkmək üçün özünü Evin həbsxanasında təqdim edəcək.
AzVision.az
Nəbəvinin öz “X” hesabında yaydığı məlumata istinadən xəbər verir ki, o, həbs cəzasını çəkmək üçün “Cəzaların İcrası” bölməsi tərəfindən çağırıldığını açıqlayıb.

“Həftənin əvvəlində özümü Evin həbsxanasına təqdim edəcəyəm. Amma mən bilmirəm hökmüm dəqiq icra ediləcək, ya yox və ya, mənim cəzam nə qədər olacaq. Sonuncu işimə görə hökmün icrası ilə bağlı bildiriş gəldi və dedilər ki, zəhərlənmələrə etiraz etdiyimiz üçün bir il həbsdə yatmalıyıq. Ola bilsin ki, həmin hökmün indiyədək icra edilməməsi təhsildən məhrum olunmağıma etiraz üçün çəkdiyim üç il səkkiz aylıq əlavə həbsin təzminatıdır”, - Nəbəvi deyib.

Bu tələbə fəal Tehran İnqilab məhkəməsinin 26-cı şöbəsinin bu ilin martında Əllamə universiteti tələbələrinin “məktəblərə hücumlara etiraz” aksiyasında iştiraka görə “bir il həbs” cəzasına məhkum olunub. Həmin universitetin digər tələbə fəalı Həsti Əmiri üçün də oxşar hökm çıxarılıb.
AzVision.az



Teqlər: İran   Nəbəvi  





Xəbər lenti