İranda Yelda Ağafəzlinin vəfatının ildönümü mərasimi ləğv edilib

İranda Yelda Ağafəzlinin vəfatının ildönümü mərasimi ləğv edilib
  10 Noyabr 2023    Oxunub:1105
Ötənilki etirzalar zamanı həbs edilib azadlığa buraxılandan bir neçə gün sonra şübhəli şəkildə dünyasını dəyişən Yelda Ağafəzlinin vəfatının ildönümü mərasimi təhlükəsizlik qüvvələrinin təzyiqi səbəbindən keçirilməyəcək.
AzVision.az xəbər verir ki, Yeldanın atası və əmisi Ağafəzli İran təhlükəsizlik aparatının bu ailəyə təzyiqini üstüörtülü şəkildə göstərən oxşar mətni dərc etməklə Yeldanın yubiley mərasiminin “keçirilməyəcəyini” açıqlayıb.

“Bütün qohumlara, tanışlara və ölkəmiz İranın şərəfli insanlarına təşəkkür edərək bildiririk ki, Yelda Ağafəzlinin anım və yubileyinin bütün mərasimləri (Behişti-Zəhrada və digər mərasimlər) noyabrın 10-da, cümə günü keçirilməyəcək”, - məlumatda deyilir.

Bu elan Ağafəzlinin ailə üzvlərinin İnstaqram səhifəsində dərc olunub, halbuki iki gün əvvəl Mehrdad Ağafəzli “Yeldanın yubileyinin Behişti-Zəhrada keçirilməsi” ilə bağlı daha bir elan yayıb.

19 yaşlı rəssam qız Yelda Ağafəzli “Qadın, Həyat, Azadlıq” aksiyasının iştirakçılarından biri kimi ötən il oktyabrın 26-da Tehranın İnqilab meydanında keçirilən nümayişdə həbs edilərək Qərçək Vəramin zindanına köçürülüb. Həbsxana şəraitinə etiraz olaraq aclıq aksiyasına başlayıb və noyabrın 6-da heç bir ittihamı qəbul etmədən azadlığa buraxılıb. Lakin bir neçə gün sonra şübhəli şəkildə öldüb və onun cənazəsi ciddi təhlükəsizlik tədbirləri altında Behişti-Zəhra qəbiristanlığında dəfn edilib.
AzVision.az


Teqlər: İran   Ağafəzli  





Xəbər lenti