Ərdoğan İƏT-in Ər-Riyad sammitinin əsas mövzusunu açıqladı

Ərdoğan İƏT-in Ər-Riyad sammitinin əsas mövzusunu açıqladı
  10 Noyabr 2023    Oxunub:1099
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın 12-də Səudiyyə Ərəbistanında keçiriləcək sammitinin əsas mövzusu Qəzza zolağında atəşkəs olacaq.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. “Bu sammitin əsas mövzusu İsrail-Fələstin müharibəsi olacaq. Məsələnin bütün təfərrüatlarını müzakirə etmək və ən qısa zamanda humanitar atəşkəsin təmin edilməsi üçün danışıqlar aparmaq üçün orada toplanacağıq”, - deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Körfəz ölkələrinin Ər-Riyadda keçiriləcək görüşünə böyük əhəmiyyət verir, çünki toplantı zamanı ölkələr humanitar atəşkəs barədə müzakirələr apara biləcəklər.


AzVision.az


Teqlər:





Xəbər lenti