Türkiyə Qəzza ilə bağlı diplomatik səylərdə müsbət əlamətlər görür

Türkiyə Qəzza ilə bağlı diplomatik səylərdə müsbət əlamətlər görür
  10 Noyabr 2023    Oxunub:892
Türkiyə Qəzza zolağındakı vəziyyətlə bağlı diplomatik səylərində “müsbət siqnallar” görür.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Ümidsizlik deyə bir şey yoxdur. Əlbəttə, ümidimiz var (Qəzzada atəşkəsə. - Qeyd). Ümidimiz olduğuna görə bu tədbirləri keçiririk. Söhbət 2-2,5 milyon əhalisi olan Qəzzadan gedir. İndiyədək burada 11 minə yaxın uşaq, qadın və qoca fələstinli həyatını itirib”, – Ərdoğan bildirib.

Onun sözlərinə görə, Qəzza zolağında yaralıların sayı 25-30 min nəfər arasındadır. O, həmçinin qeyd edib ki, Qəzzaya hücumdan dağıntıların təmizlənməsi üçün intensiv iş lazımdır.

“Atəşkəsin təmin edilməsi bizim əsas məqsədimizdir. Bunun üçün atılması lazım olan bütün addımları atırıq, sınanması lazım olan bütün üsulları sınayırıq”, - deyə türkiyəli siyasətçi əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti