“Ərəb Şengeni” yaradılır
Tək viza turistlərə və sakinlərə əlavə sənədlər və icazələr almadan bu ölkələr arasında səyahət etmək imkanı verəcək. Hazırda bu altı ölkənin vətəndaşları bir-birinə vizasız səfər edə bilərlər, lakin xarici sakinlər turist vizası üçün müraciət etməlidirlər.
“Ərəb Şengeninin” təsdiqi Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin 40-cı iclasında elan edilib. Görüşdə diplomatlar bu addımın regionun iqtisadiyyatının və turizminin inkişafına müsbət təsir göstərəcəyini bildiriblər. Bu vizanın 2024-cü ildə fəaliyyətə başlaması gözlənilir.
AzVision.az
Teqlər: