İsrail BMT-nin Ali Komissarının səfərinə icazə vermədi

   İsrail BMT-nin Ali Komissarının səfərinə icazə vermədi
  10 Noyabr 2023    Oxunub:823
İsrailin səlahiyyətli orqanları BMT-nin İnsan Haqları üzrə Ali Komissarı (OHCHR) Volker Türkün ölkəyə səfərinə icazə verməyib.
Bunu BMT-nin İsraildəki rəsmisi Ravnina Şamdasani bildirib. “Təəssüf ki, Ali Komissarın hakimiyyət orqanlarına müraciət etməsinə baxmayaraq, ona İsrailə və Fələstin ərazilərinə səfər etmək icazəsi verilməyib. Bununla belə, o, bu ərazilərdən olan vətəndaş cəmiyyəti nümayəndələri ilə ünsiyyət qura bilib”, - deyə Şamdasani bildirib.

Bundan əvvəl Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur bildirmişdi ki, ölkə dünya təşkilatının baş katibi Antonio Quterreşin Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirir, lakin böyük həcmdə humanitar yardıma ehtiyac duyur.

AzVision.az


Teqlər:





Xəbər lenti