Mövləvi Əbdülhəmidin ofisi “icazəsiz miner” iddiasını təkzib edib

   Mövləvi Əbdülhəmidin ofisi    “icazəsiz miner”    iddiasını təkzib edib
  10 Noyabr 2023    Oxunub:1097
Zahidanın əhli-sünnə cümə imamının ofisi, “Fars” xəbər agentliyinin Məkkə məscidində 80 qanunsuz miner (rəqəmsal valyutaların çıxarılması üçün xüsusi aparat cihazı - red.) aşkarlanması ilə bağlı yeni iddiasını “Məkki Darul-Ulum kolleksiyasına qarşı son təzyiqlərin güclənməsi” kimi qiymətləndirib.
AzVision.az xəbər verir ki, Mövləvi Əbdülhəmidin ofisi SEPAH-a yaxın olan “Fars” agentliyinin iddiasını “yalan və böhtan” adlandırıb.

“İslam və media etikasının minimum standartlarına əməl edilməməsi ictimai rəyin artıq bu cür xəbərlərə əhəmiyyət verməməsinə səbəb olub. Bu xəbər agentliklərinin xınasının cəmiyyətdə rəngi yoxdur”, - ofisin bəyanatında deyilir.

İki gün əvvəl, “Fars” xəbər agentliyi “məlumatlı mənbə”yə istinadən Məkki məscidinin rəhbərliyinin “qeyri-adi fayda götürmək” üçün “xarici agentlərin köməyi ilə ölkəyə 80 miner idxal etdiyini və kriptovalyuta çıxarmağa" cəhd göstərdiyini yazıb.

Amma “Fars” agentliyi iddiasına sübut təqdim etməyib. Hələ heç bir təhlükəsizlik və kəşfiyyat təşkilatı və ya qurumu da bu iddianı təsdiqləməyib.
AzVision.az



Teqlər: İran   Əbdülhəmid  





Xəbər lenti