Si Cinpin və Cozef Bayden görüşəcək

Si Cinpin və Cozef Bayden görüşəcək
  10 Noyabr 2023    Oxunub:1145
Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) zirvə toplantısında iştirak etmək üçün ABŞ-a səfər edəcək və ABŞ prezidenti Cozef Baydenlə görüşəcək.
AzVision.az -ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ÇXR Sədri Si Cinpin ABŞ Prezidenti Cozef Baydenin dəvəti ilə noyabrın 14-17-də San-Fransiskoda səfərdə olacaq və liderlər noyabrın 15-də görüşəcək

Bu, ötən ilin noyabrında G20 qrupunun İndoneziyadakı zirvə toplantısı çərçivəsində keçirilmiş Si-Bayden görüşündən sonra liderlərin ilk görüşü olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti