KİV: Brüssel üçtərəfli görüş üçün Azərbaycan və Ermənistanla danışıqlar aparır

      KİV:    Brüssel üçtərəfli görüş üçün Azərbaycan və Ermənistanla danışıqlar aparır
  10 Noyabr 2023    Oxunub:1540
Brüssel hazırda İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişelin üçtərəfli görüşünün təşkili üçün Ermənistan və Azərbaycanla ayrı-ayrılıqda danışıqlar aparır. Hələlik konkret nəticə olmasa da, danışıqların gələn ay baş tutması mümkündür.
AzVision.az xəbər verir ki, bu barədə Azadlıq Radiosunun erməni xidməti Avropa İttifaqındakı diplomatik mənbəyə istinadən xəbər yayıb.

Mənbənin bildirdiyinə görə, əsas müzakirə mövzularından biri Zəngəzur dəhlizidir. Azərbaycan tərəfi Ermənistanın ərazi bütövlüyü ilə bağlı heç bir iddia səsləndirməyib.

Diplomatik mənbə əlavə edib ki, gündəlikdə Ermənistan və Azərbaycan sülh müqaviləsinin imzalanması və bir sıra məsələlər, o cümlədən əsirlər, sərhədlərin demarkasiyası və delimitasiyası, eləcə də Azərbaycandan Ermənistanın cənub hissələrinə çıxış yer alır. Hazırda bu məsələlər Şarl Mişel və Aİ-nin xüsusi nümayəndəsi Toyvo Klaar arasında müzakirə edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti