İran dərman qıtlığı ilə üzləşib

İran dərman qıtlığı ilə üzləşib
  11 Noyabr 2023    Oxunub:1643
Dərman qıtlığının davam etməsinə, quru süd kimi zəruri maddələrin müvəqqəti və ya daimi qıtlığı ilə bağlı Rəzəvi Xorasanda bəzi əczaçılıq həkimləri oturaq aksiya keçiriblər.
AzVision.az xəbər verir ki, Məşhəddə valilik binasının qarşısına toplaşan Xorasan Rəzəvi apteklərinin 400-dən çox əczaçısı ölkədə son 40 ildə ən böyük dərman, uşaq süni qidalarının kəskin çatışmazlığının və digər zəruri dərman vasitələrinin qıtlığının aradan qaldırılmasını tələb ediblər.

“Peyam-e Ma” qəzeti bu günlərdə verdiyi xəbərdə bazarda süd tozunun qıtlığı üzündən İranın kiçik və böyük şəhərlərində körpə valideynlərinin apteklər arasında dolaşdığını yazıb.
Dezful Tibb elmləri universitetinin rəhbəri Əlirza Xosrovpənah “İSNA” xəbər agentliyinə müsahibəsində Xorasan bölgəsində dərman çatışmazlığının ciddi narahatrlıq doğurduğunu bildirib.

“Transplantasiya edilən xəstələrin bəzi dərman preparatlarının təminatında hələ də problem var və bu xəstələrə tam kvota verilmir. Buna görə də onlar istər-istəməz əməliyyat və transplantasiya nəticələrini təhlükə altına alaraq bəzi dərman maddələrini daha az istehlak etməli olurlar”, - Xosrovpənah deyib.

İran Əczaçılar dərnəyinin rəhbəri Şəhram Kələntəri Xanədani isə mətbuat konfransında hazırda İranda dərman çatışmazlığının Qida və Dərman təşkilatının açıqladığı rəqəmlərdən xeyli çox olduğunu vurğulayıb.

Ötən il tibb və əczaçılıq assosiasiyaları, hətta parlamentarilər dəfələrlə İranda strateji dərman ehtiyatlarının həyəcan doğuracaq səviyyədə azalması ilə bağlı xəbərdarlıq etsələr də, vəziyyət dəyişməyib.
AzVision.az



Teqlər: İran   dərman  





Xəbər lenti