CNN: Ərəb dünyasında anti-Amerika əhval-ruhiyyəsi güclənir

         CNN:    Ərəb dünyasında anti-Amerika əhval-ruhiyyəsi güclənir
  11 Noyabr 2023    Oxunub:1454
Bayden administrasiyası ABŞ-nin Qəzzada İsrailin hərbi kampaniyasına güclü dəstəyinə görə ərəb dünyasında narazılığın artması ilə bağlı ciddi xəbərdarlıqlar alıb.
AzVision.az
xəbər verir ki, ələd etdiyi diplomatik yazışmalara istinadən “SNN” telekanalı belə məlumat yayıb.

ABŞ-nin Yaxın Şərqdəki diplomatları İsrailin Qəzzada hərbi kampaniyasına Vaşinqtonun dəstəyi ilə bağlı ərəb dünyasında mümkün narazılıqdan narahat olduqlarını bildiriblər. Vaşinqtonun İsrailə dəstəyinin ərəb ölkələrinin bütün bir nəsil üçün dəstəyini itirməsinə səbəb ola biləcəyi barədə SNN jurnalistlərinin tanış olduqları diplomatik teleqramda bu məqam vurğulanıb.

Amerikanın Omandakı səfirliyindən göndərilən məlumatda Birləşmiş Ştatların “kommunikasiya döyüş meydanında” ciddi şəkildə uduzduğu bildirilir. Sənəddə həmçinin qeyd olunur ki, İsrailin hərəkətlərinə aktiv dəstək “mümkün müharibə cinayətlərinə görə maddi və mənəvi məsuliyyət” kontekstində qəbul edilir.

Diplomatik məlumat ABŞ-nin Omanın paytaxtı Maskatdakı səfirliyinin ikinci ən yüksək rütbəli məmuru tərəfindən tərtib edilib və habelə Ağ evin Milli Təhlükəsizlik şurasına, Mərkəzi Kəşfiyyat idarəsinə və FTB-yə göndərilib. CNN vurğulayır ki, bu, bir çox teleqramlardan yalnız biri olsa da, Yaxın Şərq regionunda artan anti-Amerika əhval-ruhiyyəsi ilə bağlı ümumi narahatlığı əks etdirir.
AzVision.az



Teqlər: CNN   ABŞ  





Xəbər lenti