Tehranda “əlillərə qayğı mərkəzi” ndə yanğın baş verib

   Tehranda    “əlillərə qayğı mərkəzi”   ndə yanğın baş verib
  11 Noyabr 2023    Oxunub:1502
İranın Rifah təşkilatının nəzarəti altında olan Tehrandakı “əlillərə qayğı mərkəzi”ndə baş verən yanğında ən azı iki nəfər ağır şəkildə yanıb.
AzVision.az Tehran yanğınsöndürmə idarəsinin sözçüsü Cəlal Mələkinin açıqlamasına istinadən xəbər verir ki, TehranınVəliəsr küçəsindəki dördmərtəbəli binada yerləşən “psixiatriya müalicəsi və əlillərə qulluq mərkəzi”ndə baş verən yanğının qarşısının alınması üçün 3 məntəqənin yanğınsöndürmə briqadaları göndərilib.

“50-yə yaxın kişi və qadın yanğınsöndürənlərin köməyi ilə mərkəzdən çıxarılıb, lakin iki kişi çox ağır yanıqlar alıb. Həmin 2 nəfər yanğın başladığı andan alovla əhatə olunub, yanğınsöndürənlər onları binadan çıxardıqdan dərhal sonr təcili yardım otağına aparıblar. Əlillər üçün qayğı mərkəzləri, qocalar evləri və bu kimi mərkəzlər sakinlərin həmişəki kimi rahat hərəkət edə bilməyəcəyi, əlil arabası, gəzinti aparatları və hətta çarpayılarla hərəkət etmək məcburiyyətində qaldıqları məkanlar sırasındadır. Onların xüsusi qayğıya ehtiyacı var və bu mərkəzlərin təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir”, - Mələki deyib.

Qeyd edək ki, bir həftə əvvəl səhər tezdən Ləngrud şəhərindəki “Azadlığa bir addım” narkomaniyadan müalicəsi mərkəzinda baş verən yanğında 35 nəfər həlak olub.
AzVision.az


Teqlər: Tehran   yanğın  





Xəbər lenti