İranlı idmançıya qarşı qadağalar hələ də ləğv olunmayıb - VİDEO

İranlı idmançıya qarşı qadağalar hələ də ləğv olunmayıb  - VİDEO
  11 Noyabr 2023    Oxunub:1353
İranın teokratik rejiminə müqavimət göstərdiyi üçün karyerası məhv edilən idmançı Fərşid Əsədiyan məhdudiyyətlərin hələ də davam etməsindən şikayətlənib.
AzVision.az İranın uşu üzrə milli komandasının keçmiş üzvü və yeniyetmələr arasında dünya çempionatının bürünc mükafatçısı Fərşid Əsədiyan inqilabi qiyamla əlaqəyə görə milli komandadan ayrıldıqdan bir il sonra hələ də çıxışına qadağanın davam etdiyini, avtomobilinin müsadirə olunduğun və hesabının bloklandığını bildirib.

Ötən il inqilabi qiyamla eyni vaxtda Məhsa Əmini, Əli Kərimi və “Qadın, Həyat, Azadlıq” həştəqləri ilə yazı dərc edən Əsədiyan, milli komandadan xaric olunub.

Bir neçə ay əvvəl idmançı atasının həbsi və onun mobil telefonunda keçirilmiş qanunsuz axtarışla bağlı xəbər dərc etmişdi.


AzVision.az


Teqlər: İran   idmançı  





Xəbər lenti