Həmədanda bəhailər kütləvi şəkildə saxlanılır

Həmədanda bəhailər kütləvi şəkildə saxlanılır
  11 Noyabr 2023    Oxunub:1461
Həmədanda yaşayan bəhai vətəndaşların kütləvi şəkildə həbsi zamanı 34 nəfərin evində axtarış aparılıb, onlardan altısı isə həbs edilib.
AzVision.az “RadioFarda”nın yaydığı məlumata istinadən xəbər verir ki, həbs olunanlardan başqa. evlərində axtarış aparılan digər bəhai vətəndaşları Kəşfiyyat nazirliyinin Həmədandakı mətbuat qərargahına çağırılıb.

Məlumatlı mənbələrin bildirdiyinə görə, bu vətəndaşların evlərində axtarış “çoxlu zorakılıq”la müşayiət olunub və hər evdə axtarış aparmaq üçün Kəşfiyyat nazirliyinin 5-10 məmuru cəlb edilib.

Məmurlar evlərə girmək üçün “elektrik ustası, bələdiyyə və ya poçtalyon” kimi adlardan istifadə edir, bəzi hallarda isə “evlərə kilidi sındıraraq, qapını təpikləməklə girərək, başlara tapança sıxmaqvə bədəni axtararmaqla məşğul olublar”.

Kəşfiyyat nazirliyinin məmurları tərəfindən zorakılıq halları o həddə çatıb ki, bəzi evlərdə ev sahiblərinin qohumları infarkt keçirib və xəstəxanaya gediblər.

Nazirliyin əməkdaşları bu evlərdə axtarış apararkən, özləri ilə “qızıl, ev sənədləri, bahalı əşyalar, pul, modem, sikkələr, telefonlar, noutbuklar, bank kartları, smart saatlar, pasport və milli kart kimi şəxsi əşyaları və sənədləri” götürüblər.
AzVision.az



Teqlər: İran   bəhailər  





Xəbər lenti