Blinken: “Həddən çox fələstinli öldürülüb”

      Blinken:    “Həddən çox fələstinli öldürülüb”
  11 Noyabr 2023    Oxunub:1203
Qəzza zolağında çox sayda mülki vətəndaşın öldüyünü qeyd edən ABŞ-nin Dövlət katibi Antoni Blinken “Fələstinli mülki vətəndaşlara zərərin minimuma endirilməsi” üçün daha çox iş görülməli olduğunu vurğulayıb.
AzVision.az BBC telekanalına istinadən xəbər verir ki, Blinken İsraili gündəlik humanitar fasilələr və iki humanitar dəhliz yaratdığına görə tərifləsə də, “daha çox şey edilə bilər və edilməlidir” ifadəsini işlədib.

“Həddən çox fələstinli öldürülüb. Son həftələrdə çoxları əziyyət çəkdi. Biz zərərin qarşısını almaq və onların (Fələstinli mülki şəxslərin) aldıqları yardımı maksimum dərəcədə artırmaq üçün əlimizdən gələni etmək istəyirik”, - Blinken Hindistanın paytaxtı Nyu-Dehlidə mətbuat konfrnası zamanı deyib.
AzVision.az


Teqlər: Blinken   fələstinlilər  





Xəbər lenti