Tramp İsraili öz imici üzərində işləməyə çağırıb

   Tramp İsraili öz imici üzərində işləməyə çağırıb
  11 Noyabr 2023    Oxunub:1440
İsrail beynəlxalq ictimai müstəvidə öz mövqeyini daha yaxşı təbliğ etməlidir. Bu baxımdan, yəhudi dövləti HƏMAS hərəkatı ilə müqayisədə uduzur.
AzVision.az bildirir ki, ABŞ-nin sabiq prezidenti Donald Tramp “Univision” teleşirkətinə müsahibəsində Təl-Əvivə belə məsləhət verib.

“Bu böhranın öhdəsindən gəlmək asan deyil. ABŞ-dakı nümayişlərə baxın - 50 min və 100 min adam çıxıb deyir: “Biz fələstinlilərin tərəfindəyik”. Bu nə məsələdir? Düşünürəm ki, İsrail ictimaiyyətlə əlaqələr üzərində işləməlidir, çünki düzünü desəm, qarşı tərəf onlara bu cəbhədə qalib gəlir”, - Tramp vurğulayıb.

Trampın sözlərinə görə, HƏMAS-ın gözlənilən hücumundan İsrailin xəbərsiz olması təəccüblüdür, lakin əsas sual müharibənin nəticəsinin necə olacağıdır.

- Düşünmürəm ki, Bayden administrasiyası onu yekunlaşdıra bilsin...Ukraynadakı vəziyyəti nəzərə alsaq, məncə, bu çox pis qurtara bilər. Bu Üçüncü Dünya müharibəsi ilə nəticələnə bilər”, - ABŞ-nin keçmiş prezidenti deyib.

Trampın iddiasına görə, əgər o, ölkəyə rəhbərlik etsəydi, prezident seçkilərindən “iki həftə sonra” HƏMAS-la əlaqəli olan İranla razılığa gələr və yaraqlıların yəhudi dövlətinə hücumunun qarşısını alardı.

Sabiq prezident deyib ki, onun dövründə İran Yaxın Şərqdəki terrorçu qruplaşmaları himayə etmək üçün istifadə oluna biləcək vəsait ala bilməzdi.

“Biz İranla saziş imzalayardıq. Tehran tənəzzüldə idi, bunu hörmətlə deyirəm, amma mən prezident olanda tənəzzülə uğramışdı. Həmin dövrdə ABŞ və İran öz aralarında yaxşı anlaşılırdılar. Onlar bizə hörmət edirdilər, mən də onlara hörmət edirəm. Amma mən onlarla saziş bağlamağı planlaşdırırdım: nüvə silahı olmayacaq”, - Tramp vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   İsrail  





Xəbər lenti