Xorvatiyanın müdafiə naziri ağır yaralanıb

 Xorvatiyanın müdafiə naziri  ağır yaralanıb
  11 Noyabr 2023    Oxunub:1394
Xorvatiyanın müdafiə naziri Mario Banoziç ölkənin şərqində yol qəzasına düşüb və ağır yaralanıb.
Bu barədə "İndependent" məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 1 nəfər ölüb. Onun nazirliyin əməkdaşı olub-olmadığı məlum deyil.

Həkimlərin sözlərinə görə, 44 yaşlı nazirin həyatı üçün təhlükə yoxdur: “O, kəllə-beyin travması alıb, amma huşu yerindədir”.

Nazirliyin hadisə ilə bağlı yaydığı açıqlamada araşdırmanın aparıldığı qeyd olunub.

Hadisənin səbəbi hələ ki, məlum deyil.

AzVision.az



Teqlər: Nazir   Xorvatiya  





Xəbər lenti