Almaniya kansleri: “Dünya təhlükə altındadır"

   Almaniya kansleri:    “Dünya təhlükə altındadır"
  11 Noyabr 2023    Oxunub:1653
“Dünyanın nizamı təhlükə altındadır. Bizə bu gün Almaniya Silahlı Qüvvələrinin güclü olması gərəkdir, heç kimin bunda şübhəsi olmamalıdır”.
Bunu Almaniya Kansleri Olaf Şolts Bundesver konfransında çıxışı zamanı deyib.

O xatırladıb ki, Rusiyanın Ukraynaya təcavüzündən bir neçə ay sonra Bundestaq Almaniya ordusu üçün 100 milyard avro dəyərində xüsusi fond yaradıb.

Kanslerin sözlərinə görə, Almaniya hökuməti növbəti onillikdə öz silahlı qüvvələrinə daha çox sərmayə qoymaq istəyir.

Kansler əlavə edib ki, illərlə qoşunların inkişafına mane olan təşkilati və bürokratik çətinlikləri də tezliklə aradan qaldırmaq lazımdır.
AzVision.az



Teqlər: Almaniya  





Xəbər lenti