İranlı müxalifətçi 4 ildən artıq həbs cəzasına məhkum edilib
İsfahan həbsxanasında saxlanılan siyasi fəal məhkəmədən bir gün əvvəl “A-T” İstintaq təcridxanasının təkadamlıq kamerasına köçürülüb, daha sonra isə qolu qandallanaraq, Kəşfiyyat nazirliyinin üç məmurunun müşayiəti ilə Tehrana aparılıb.
Məhkəmə iclasında özünü müdafiə etmədiyini deyən Həşmətullah Təbərzədi, qanun və Ümumdünya İnsan Haqları Bəyannaməsinin prinsiplərinə əsasən, məhkəmənin açıq və müstəqil şəkildə, andlılar heyəti və vəkilin iştirakı ilə keçirilməli olması zəruruətini vurğulayıb.
İran Demokratik Cəbhəsinin baş katibi Heşmətullah Təbərzədi bir neçə ay əvvəl Gülpayeqanda təhlükəsizlik agentləri tərəfindən həbs edilərək İsfahan həbsxanasında saxlanılıb. Aprelin sonunda onun “rejim əleyhinə təbliğat”, “düşmən hökumətlə əməkdaşlıqda və müharibə” aparmaqda ittiham edildiyi açıqlanıb.
AzVision.az