Qətər əmiri: “Qəzza zolağında atəşkəsə ümid edirik”

  Qətər əmiri:    “Qəzza zolağında atəşkəsə ümid edirik”
  11 Noyabr 2023    Oxunub:1342
“Qətər Qəzza zolağında münaqişənin həlli üçün diplomatik səylərini davam etdirir və yaxın gələcəkdə humanitar atəşkəsin nail olacağına ümid bəsləyir”.
AzVision.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının birgə iclasında bildirib.

“Eskalasiyanın azaldılması, qan tökülməsinin dayandırılması və mülki əhalinin müdafiəsi üçün bütün diplomatik səyləri bundan sonra da dəstəkləyəcəyik”, - o deyib.

AzVision.az



Teqlər: Qətər   Qəzza  





Xəbər lenti