Jozep Borel: “ABŞ Ukraynaya yardımı azalda bilər”

 Jozep Borel:  “ABŞ Ukraynaya yardımı azalda bilər”
  11 Noyabr 2023    Oxunub:1344
“ABŞ-ın Ukraynaya yardımı azala bilər”.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Avropa Sosialistlər Partiyasının qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, bu səbəbdən Aİ ölkələri ölkələri gələcəkdə də Kiyevi dəstəkləməyə davam etməlidir: “Hazırda Avropa bir çox problem və çağırışlarla üzləşir, onların arasında Ukraynaya dəstək birinci yerdədir. Biz ABŞ-ın Ukraynaya dəstəyinin azalması ssenarisinə hazır olmalıyıq”.

AzVision.az



Teqlər: Borel   Ukrayna  





Xəbər lenti