Almaniya Ukraynaya hərbi yardımı ikiqat artırmaq istəyir

Almaniya Ukraynaya hərbi yardımı ikiqat artırmaq istəyir
  11 Noyabr 2023    Oxunub:1236
Almaniya hökuməti 2024-cü ildə Ukraynaya hərbi yardımı 4 milyard avrodan 8 milyard avroya çatdırmaq niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə “Bild” qəzeti Almaniya Müdafiə Nazirliyindəki mənbələrinə istinadən yazıb.

Məlumata görə, Almaniya Maliyyə Nazirliyi 2024-cü ilin dövlət büdcəsinə Ukraynaya hərbi yardım üçün ilkin olaraq 4 milyard avro daxil edib, lakin onun hamısı artıq cari layihələrə ayrılıb, yeniləri üçün isə Müdafiə Nazirliyinə cəmi 120 milyon avro qalıb. Qurum əlavə 5 milyard avro tələb edib və bu həftə Nazirlər Kabineti 4 milyard avro ayırmağa qərar verib.

Bundestaqın Büdcə Komitəsi müvafiq dəyişiklikləri gələn həftə nəzərdən keçirmək niyyətindədir.

AzVision.az



Teqlər: Almaniya   Ukrayna   HərbiYardım  





Xəbər lenti