İsrail Qəzzada HƏMAS-ın 150-dən çox tunelini məhv edib

   İsrail Qəzzada HƏMAS-ın 150-dən çox tunelini məhv edib
  12 Noyabr 2023    Oxunub:1146
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hərbi əməliyyatlar zamanı istifadə etdiyi 150-dən çox tuneli partladıb.
Bu barədə İsrail ordusunun sözçüsü, polkovnik-leytenant Conatan Konrikus İsrail Müdafiə Qüvvələrinin brifinqində deyib.

Brifinq zamanı sözçü vurğulayıb ki, ordu HƏMAS-a məxsus tunellərin və yeraltı infrastrukturun aşkarlanması üzərində işləyir.

"Biz artıq partlayıcı qurğuların köməyi ilə 150-dən çox tunel və kompleksi məhv etmişik", - Konrikus brifinqdə deyib.

Ordu sözçüsünün bildirdiyinə görə, HƏMAS üzvləri hücumlardan gizlənmək üçün tunellərdən istifadə edirlər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti