Netanyahu Makronun cavabını verdi: Bütün dünya ilə qətiyyətlə üzləşəcəyik
Bu, onun Fransa prezidenti Emmanuel Makronun İsrail ordusunu döyüşləri dayandırmaq çağırışına cavabı olub. Netanyahunun sözlərinə görə, Fransa rəhbəri faktiki və mənəvi səhvə yol verib və yenə də HƏMAS-ı dinc sakinlərin təxliyyəsinə maneələr yaratmaqda ittiham edib.
Baş nazir hesab edir ki, İsrail “bütün dünya naminə” Fələstinin Həmas qruplaşmasını məğlub etməlidir.
Netanyahu dinc sakinlərdən gizlənmək üçün istifadə edən fələstinli silahlıların taktikasını müdafiə etməməyə çağırıb. O, belə taktikaların daha da arta biləcəyini izah edib.
“Fransa prezidentinə və digər dostlarımıza deyirəm ki, bu sizə də çatacaq”, - deyə baş nazir fikrini yekunlaşdırıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: