İsraildə xarici telekanalların bağlanması qaydaları təsdiqləndi

   İsraildə xarici telekanalların bağlanması qaydaları təsdiqləndi
  13 Noyabr 2023    Oxunub:864
İsrailin Təhlükəsizlik Kabineti hökumətə xarici xəbər televiziya kanallarının hərəkətləri ölkənin milli təhlükəsizliyinə zərər verərsə, onları bağlamağa icazə verən qaydaları təsdiqləyib.
Bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb. Hələlik başqa təfərrüatlar yoxdur. Bu qərar, öz növbəsində, “The Jerusalem Post”un yazdığı kimi, İsrailin rabitə naziri Şlomo Karhinin dəfələrlə Livanın “Al Mayadeen” telekanalı və Qətərin “Al Jazeera” telekanalını ölkədə yayımını dayandırmağa çağırması ilə bağlı xəbərlər fonunda qəbul edilib.

Qətər telekanalı HƏMAS hərəkatına informasiya dəstəyi verir və İsrail hərbçilərini Qəzzadan potensial hücumlar riskinə məruz qoyur. “Al Mayadeen”a gəlincə, o, Hizbullah üçün rupor rolunu oynayır.


AzVision.az


Teqlər:





Xəbər lenti