Yaponiyada maliyyə nazirinin müavini qalmaqallı istefa verib

   Yaponiyada maliyyə nazirinin müavini qalmaqallı istefa verib
  13 Noyabr 2023    Oxunub:896
Yaponiya parlamentinin maliyyə nazirinin müavini Kendzi Kanda sistematik olaraq vergi ödəmədiyi üçün tutulduğu vəzifədən istefa verib.
“Kyodo” agentliyi xəbər verir ki, siyasətçi müvafiq ərizəni maliyyə naziri Syuniti Suzukiyə çatdırıb. Hazırkı hadisə, son vaxtlar seçici dəstəyi artıq 30%-dən aşağı düşmüş Baş nazir Fumio Kisidanın rəhbərlik etdiyi hökumətə zərbə vuracaq.

Bu, cari ilin sentyabrından bəri parlamentin nazir müavinlərinin kabinetdə sayca üçüncü qalmaqallı istefası olub. Əvvəllər onlardan ikisi seçki qanunlarının pozulması və nikahdankənar münasibətlərlə bağlı qalmaqala görə getməyə məcbur olub.

Parlament nazirlərinin müavinləri departamentlə qanunvericilər arasında əlaqə saxlamaq üçün müavinlər arasından baş nazir tərəfindən təyin edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti