Nazarbayevin kiçik qardaşı öldü

   Nazarbayevin kiçik qardaşı öldü
  13 Noyabr 2023    Oxunub:1020
Qazaxıstan Respublikasının birinci prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı, biznesmen Bolat Nazarbayev uzun sürən xəstəlikdən sonra 71 yaşında vəfat edib.
Bu barədə “ratel.kz” informasiya-analitik portalı məlumat yayıb. Həkimlərin müdaxiləsinə baxmayaraq Bolat Nazarbayevin ürəyini dayanıb.
Noyabrın əvvəllərində Bolat Nazarbayevin Almatı Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyi məlum olub. Bəzi KİV-in məlumatına görə, o, ikinci dəfə infarkt keçirərək xəstəxanaya yerləşdirilib.

Mərhum 1953-cü ildə anadan olub. O, “BN Invest” holdinqinə rəhbərlik edib, eyni zamanda “Salikalı Urpak” (“Soylu nəsil”) ictimai fondunun təsisçisi olub.

AzVision.az


Teqlər:





Xəbər lenti