ABŞ İranın Suriyadakı proksi-qüvvələrinə zərbə endirib

ABŞ İranın Suriyadakı proksi-qüvvələrinə zərbə endirib
  13 Noyabr 2023    Oxunub:1171
Birləşmiş Ştataların Hərbi Hava qüvvələri (HHQ) Suriyada İranyönlü qüvvələrə məxsus iki oyektə hava zərbələri endirib.
AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən “Reuters” agentliyini belə məlumat yayıb. Həmin mənbələrin bildirdiyinə görə, hədəflərdən biri komanda məntəqəsi, ikincisi isə silah-sursat anbarı olub.

Amerika HHQ-nin Suriyanın şərqində İranyönlü qruplara hava zərbələri endirdiyini təsdiqləyən ABŞ-nin Müdafiə naziri Lloyd Ostin əməliyyatın prezident Co Baydenin göstərişi ilə həyata keçirildiyini açıqlayıb.

“Bu gün (12 noyabrda) ABŞ qüvvələri İraq və Suriyada amerikalı hərbçilərə qarşı davam edən hücumlara cavab olaraq Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və əlaqəli qrupların istifadə etdiyi hədəflərə dəqiq zərbələr endirib”, - Pentaqonun rəhbəri deyib.

Ostin Bayden üçün amerikalı hərbçilərin təhlükəsizliyindən daha yüksək prioritet olmadığını və bugünkü hərəkəti ilə ABŞ-nin özünü, hərbçilərini və maraqlarını qoruyacağına dair aydın mesaj göndərmək əmrini verdiyini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Suriya  





Xəbər lenti