Vaşinqton Netanyahunun planlarına qarşı çıxır

   Vaşinqton Netanyahunun planlarına qarşı çıxır
  13 Noyabr 2023    Oxunub:1345
ABŞ Qəzza zolağının İsrail tərəfindən mümkün işğalının, fələstinlilərin köçürülməsinin və zolağın ərazisinin azaldılmasının əleyhinədir.
AzVision.az bildirir ki, ABŞ prezidentinin Milli təhlküəsizlik üzrə müşaviri Ceyk Sallivan “ABC News” telekanalına müsahibəsində belə açqılama verib.

“Amerikanın mövqeyi bəllidir: Qəzzanın yenidən işğalı, Qəzza ərazisinin azaldılması, fələstinlilərin məcburi köçürülməsi ola bilməz” , - Salivan deyib.

Məmur, eyni zamanda, qeyd edib ki, Qəzzanın İsrailə və ya başqasına qarşı terror hücumları üçün bazaya çevrilməsinə imkan verilməməlidir.

“CNN” telekanalıına müsahibəsində isə Sullivan İsrailin Qəzzada mülki əhalinin tələfatının qarşısını almaq üçün hərbi əməliyyatlarda ehtiyatlı addım atmasə zərurətini vurğulayıb. Qəzzadakı xəstəxanalardakı vəziyyəti şərh edən müşavir Fələstinin HƏMAS qruplaşmasının onlardan “canlı qalxan” kimi istifadə etdiyini söyləyib.

Sallivan hazırda İsrail, ABŞ, Qətər, Misir və digər ölkələrin iştirakı ilə anklavdan girovların, o cümlədən Amerika vətəndaşlığı olanların azad edilməsi ilə bağlı danışıqlar aparıldığını diqqətə çatdırıb. O, Qəzzada saxlanılan doqquz amerikalının və bir yaşıl kart sahibinin hələ də itkin düşmüş hesab olunduqlarını bildirib.

Qeyd edək ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu müharibədən sonra Fələstin Azadlıq Təşkilatının (FAT) Qəzza zolağına nəzarəti ələ keçirməsinin əleyhinə olduğunu açıqlayıb.


- Biz yenidən yarana biləcək terrorçuları məhv etmək üçün istədiyimiz vaxt daxil olmaq (İsrailin Müdafiə ordusunun) imkanı ilə tam təhlükəsizlik nəzarəti olacaq. Üstəlik, öz uşaqlarına İsrailə nifrət etməyi, israilliləri öldürməyi, İsrail dövlətini ləğv etməyi öyrədən heç bir mülki hakimiyyət olmayacaq” , - mətbuat konfrnasında FAT-ın münaqişədən sonra Qəzzanı idarə edə biləcəyi barədə suala Netanyahu cavab verib.
Sahil İsgəndərov
AzVision.az





Teqlər: Sallivan   Netanyahu  





Xəbər lenti