Britaniya aksiyalarla bağlı qanunları sərtləşdirməyi planlaşdırır

   Britaniya aksiyalarla bağlı qanunları sərtləşdirməyi planlaşdırır
  13 Noyabr 2023    Oxunub:995
Böyük Britaniyanın baş naziri Rişi Sunak Fələstin tərəfdarı olan şəxslərin kütləvi mitinqlər keçirməsindən sonra aksiya ilə bağlı qanunları sərtləşdirməyi nəzərdən keçirir.
Bu barədə “The Sun” qəzeti yazıb. Nümayişçilərə avtobus dayanacaqlarına və heykəllərə qalxmağın, tüstü bombalarından və digər pirotexniki vasitələrdən istifadənin qadağan edilməsi planlaşdırılır.

Ölkə hakimiyyəti terrorizmə bəraət qazandıran qanunu da çox qeyri-müəyyən hesab etdiyi üçün sərtləşdirmək niyyətindədir. Həmçinin aksiyaların qadağan edilməsi ilə bağlı tələblərin azaldılması da nəzərdə tutulur.

Noyabrın 11-də Londonda 300 mindən çox insanın iştirak etdiyi Qəzza zolağında müharibəyə qarşı ən böyük mitinqlərdən biri keçirilib. Polislə toqquşma nəticəsində 92 ifrat sağçı fəal həbs edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti