Seul ABŞ-ın tələbi ilə Ukraynaya yardımlarını davam etdirəcək

Seul ABŞ-ın tələbi ilə Ukraynaya yardımlarını davam etdirəcək
  13 Noyabr 2023    Oxunub:1219
Koreya Respublikası hökuməti ABŞ-ın tələbi ilə Ukraynaya yardımı davam etdirəcək.
Bunu Koreya Respublikasının müdafiə naziri Şin Von Sik Seulda amerikalı həmkarı Lloyd Ostin ilə danışıqların yekunlarına dair mətbuat konfransı zamanı deyib.

“Koreya Respublikası hökuməti Ukraynaya yardım, o cümlədən humanitar yardım göstərmişdir. ABŞ Cənubi Koreyadan Ukraynaya əlavə yardım göstərməsini istəyib. Mən buna cavab verdim ki, Koreya Respublikası bundan sonra da yardım və dəstək göstərəcək”-deyə, o bildirib.


AzVision.az


Teqlər:





Xəbər lenti