İranın İsfahan vilayətinin on şəhərində məktəblər bağlanıb

İranın İsfahan vilayətinin on şəhərində məktəblər bağlanıb
  13 Noyabr 2023    Oxunub:1084
Havanın çirklənməsi səbəbindən İsfahan şəhərində və bu vilayətin digər 9 şəhərində bütün məktəblər bağlanıb.
AzVision.az İsfahan valiliyinin Böhran İdarəetmə şöbəsinin baş direktoru Mənsur Şişeforuşun açıqladığı məlumata istinadən xəbər verir ki, atmosferin sabitliyinin və mütləq sükunətinin davam etməsi, havanın keyfiyyətinin azalması ilə yanaşı çirkləndirici konsentrasiyanın toplanması İsfahanda havanın çirklənməsi ilə bağlı fövqəladə komitə iclasının belə qərar çəxarmasını şərtləndirib.

Məktəblərin bağlanması ilə yanaşı, həmçinin İsfahan şəhərində cüt və tək nömrəli avtomobillərin hərəkətinin həftənin sonunadək məhdudlaşdırılması və “tüstülü və bərbad avtobusları” işə salmamaqla bağlı plan da təsdiqlənib.
AzVision.az


Teqlər: İsfahan   çirklənmə  





Xəbər lenti