Ərdoğan Almaniyaya rəsmi səfər edəcək

Ərdoğan Almaniyaya rəsmi səfər edəcək
  13 Noyabr 2023    Oxunub:1043
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 17 noyabrda Almaniyaya rəsmi səfər edəcək.
AzVision.az TurkicWorld-a istinadən xəbər verir ki, Ərdoğan Almaniya kansleri Olaf Şolts ilə görüşəcək.

Türkiyə prezidenti buradakı təmasları zamanı İsrailin Fələstinə qarşı qeyri-insani hücumlarını gündəmə gətirəcək və İsrailin hücumlarına qarşı səssiz qalan Avropa ölkələrinə Berlindən mesaj verəcək.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 078-ə yüksəlib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti