İranda atışma: Bir sərhədçi ölüb, ikisi yaralanıb

      İranda atışma:    Bir sərhədçi ölüb, ikisi yaralanıb
  13 Noyabr 2023    Oxunub:1032
İranın cənub-şərqində terrorçu qruplaşma ilə silahlı toqquşma nəticəsində bir İran sərhədçisi həlak olub, ikisi isə yaralanıb.
AzVision.az xəbər verir ki, bunu İranın Seravan şəhərinin meri Səid Taclili deyib.

O qeyd edib ki, insident bazar ertəsi səhər saatlarında baş verib: "Sərhədçilər ilə terrorçu qruplaşmanın yaraqlıları arasında silahlı qarşıdurma zamanı Seravan şəhəri yaxınlığında olan Mehdi Nuri Əfşar adlı sərhədçi öldürülüb. Daha iki nəfər isə yaralıdır”.

Mer sərhədçilərə hücum edən silahlıların hansı terror təşkilatına mənsub olduğunu dəqiqləşdirməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti