"Qəzzada istənilən müharibə ssenarisinə hazırıq" - SEPAH komandanı

"Qəzzada istənilən müharibə ssenarisinə hazırıq"  - SEPAH komandanı
  13 Noyabr 2023    Oxunub:1123
Birləşmiş Ştatlar İranı hədələyə bilməz. Çünki İslam Respublikası hazırda öz qüdrətinin zirvəsindədir. Fələstinə gəldikdə isə, İran münaqişənin inkişafı üçün istənilən ssenariyə hazırdır.
AzVision.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. Nəşr İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əli Hacızadədən sitat gətirib.

"İsrailin cinayətkar əməliyyatları ucbatından Fələstinin zəfərini itirmək olmaz. ABŞ-dan İrana gözlənilən təhlükəyə gəlincə, İslam Respublikası heç kimin onu təhdid edə biləcəyi vəziyyətdə deyil. Biz qüdrətimizin zirvəsindəyik", - Əli Hacızadə qeyd edib.

Onun sözlərinə görə, Fələstində müharibə artıq daha geniş vüsət alıb və Livan da münaqişəyə qoşulub. Hacızadə həmçinin daha bədbin proqnoz verib: “Ola bilər ki, münaqişənin miqyası daha da genişlənsin. Çünki gələcək çox qeyri-müəyyəndir, lakin İran istənilən inkişaf ssenarisinə hazırdır”.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran   Qəzza  





Xəbər lenti