The Sun: Sunak Britaniya qanunlarının sərtləşdirilməsini planlaşdırır

      The Sun:    Sunak Britaniya qanunlarının sərtləşdirilməsini planlaşdırır
  13 Noyabr 2023    Oxunub:1063

Vətəndaşların kütləvi şəkildə Fələstinyönümlü mitinqlərə çıxmasından narazı olan Böyük Britaniyanın Baş naziri Rişi Sunak ölkə qanunvericiliyini sərtləşdirməyə hazırlaşır.
AzVision.az “The Sun” qəzetinə istinadən xəbər verir ki, Britaniya hakimiyyəti nümayişlər zamanı bəzi hərəkətlərə qadağa qoymaq istəyir. Beləliklə, mitinq iştirakçıları avtobus dayanacaqlarında olmaq imkanından məhrum edilə bilərlər.

Bundan əlavə, rəsmi London etiraz aksiyaları zamanı tüstü yayan bombalarından və digər pirotexniki vasitələrdən istifadəni qadağan etmək niyyətindədir.

Qəzetin yazdığına görə, Böyük Britaniya terrorizmə bəraət qazandıran qanuna da düzəliş etməyi planlaşdırır, çünki bu qanunda hazırda çoxlu qeyri-müəyyən ifadələr var.

Ötən şənbə günü britaniyalılar Qəzzada gedən döyüşlərə qarşı böyük mitinq keçiriblər. Londonda həmin etiraz aksiyasına 300 mindən çox Britaniya vətəndaşı qatılıb. Polis 90-dan çox fəalı həbs edib.


Qeyd edək ki, Vaşinqtonda Ağ Evin yaxınlığında noyabrın 4-də baş tutan Fələstinə dəstək dəstək nümayişində də təxminən 300 minə yaxın amerikalı iştirak edib.
Sahil İsgəndərov
AzVision.az



Teqlər: Sunak   qanunvericilik  





Xəbər lenti