BMT-nin Qəzzadakı binasına bomba düşüb

 BMT-nin Qəzzadakı binasına bomba düşüb
  13 Noyabr 2023    Oxunub:1504
Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qəzza zolağının Rəfah şəhərindəki binası İsrailin zərbələri nəticəsində zərər görüb.
AzVision.azxəbər verir ki, bu barədə agentliyin "X" sosial şəbəkə hesabında məlumat verilib.

“Dünən Qəzza zolağının cənubunda yerləşən Rəfahdakı UNRWA-nın qonaq evi İsrail qüvvələrinin dəniz bombardmanı nəticəsində üç zərbə alıb”, - məlumatda bildirilir.

Qeyd edilir ki, bu bina son bir ayda BMT-nin zədələnmiş 60 obyektindən biridir.

UNRWA onu da vurğulayıb ki, məlum zərbə Qəzza zolağında heç bir yerin təhlükəsiz olmadığının daha bir sübutudur.
Tural Tağıyev
AzVision.az



Teqlər: BMT   Qəzza  





Xəbər lenti