Türkiyəli hərbçilərin Azərbaycanda qalma müddəti daha bir il uzadıla bilər
Bildirilib ki, Türkiyə regionda sülh və sabitliyin qorunması üçün töhfələr verməyə davam edəcək.
Qanun layihəsində yazılıb ki, Türkiyə Silahlı Qüvvələrinin Birgə Monitorinq Mərkəzindəki fəaliyyəti Türkiyənin regionda konstruktiv rolunun tələbidir.
Türkiyə ordusunun mandatının noyabrın 17-dən etibarən daha bir il uzadılması vurğulanıb. Qanun layihəsinin bu həftə TBMM-də müzakirə olunacağı gözlənilir.
AzVision.az
Teqlər: