Hovuzda dərs keçdi, şagirdlər zəhərləndi

 Hovuzda dərs keçdi,  şagirdlər zəhərləndi
  13 Noyabr 2023    Oxunub:1198
Rusiyanın Saratov bölgəsində məktəblilər kütləvi şəkildə zəhərləniblər.
Saratov vilayəti prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bədən tərbiyəsi dərsi zamanı hovuzda baş vermiş insidentdən sonra araşdırmalara başlayıblar.

Hadisə Saratov Milli Tədqiqat Dövlət Universitetinin hovuzunda baş verib. Müəllim yerli liseyin şagirdləri ilə hovuzda dərs keçmək istəyib. Dərs zamanı bir neçə qız özünü pis hiss edib.

Nəticədə zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib. Həkimlər tələbələrin xlor parından zəhərlənməsini güman edirlər. Hazırda hadisənin başvermə şəraiti aydınlaşdırılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti