Sünikin keçmiş qubernatorunun oğlu həbs edildi

   Sünikin keçmiş qubernatorunun oğlu həbs edildi
  13 Noyabr 2023    Oxunub:1003
Ermənistanda məhkəmə Sünik vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryanı həbs edib.
AzVision.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin sözçüsü Qor Abramyan sosial şəbəkə hesabında məlumat yayıb. Abramyan qeyd edib ki, Xaçatryan yeni cinayətdə ittiham olunub. O, qanunsuz silah, döyüş sursatı saxlama, xuliqanlıq və sağlamlığa orta ağır zərər vurma maddələri ilə ittiham olunur.

İş materiallarına görə, bu ilin iyun ayında Xaçatryan Gorusdakı avtoservis mərkəzində dava salıb. O, insident zamanı 46 yaşlı işçini təhqir edərək onu güllələyib. Kişi yüngül xəsarət alıb. Hadisədən sonra keçmiş qubernatorun oğlu gizlənib.

Xatırladaq ki, Xaçatryan noyabrın 9-da xuliqanlıq etdiyinə görə saxlanılmışdı. O, bir neçə ay idi ki, axtarışda idi.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Qubernator  





Xəbər lenti