İsrail hərbi əməliyyatlara 4 saatlıq fasilə elan edib

   İsrail hərbi əməliyyatlara 4 saatlıq fasilə elan edib
  13 Noyabr 2023    Oxunub:1086
İsrail Müdafiə Qüvvələri humanitar məqsədlər üçün Qəzza zolağının cənubunda, Misirlə sərhədə yaxın Rafah şəhərində döyüş əməliyyatlarını dörd saat müddətinə dayandırıb.
Bu barədə İsrail ordusunun mətbuat katibi Avihay Edri məlumat verib.

O, X sosial şəbəkəsində ərəb dilində yazıb: “Bu gün biz Rəfah şəhərində gün ərzində, yəni saat 10:00-dan 14:00-a kimi humanitar məqsədlər üçün döyüş əməliyyatlarının taktiki dayandırılmasını həyata keçirəcəyik.

Edri həmçinin bildirib ki, Qəzza zolağının şimal rayonlarının sakinlərinin təxliyyəsi üçün humanitar dəhliz yenidən yerli vaxtla saat 9:00-dan 16:00-a kimi fəaliyyət göstərəcək.

Marşrut Əş-Şifa xəstəxanasından Salah ed-Din yolu ilə anklavın cənubuna doğru uzanacaq. Bundan əlavə, İsrail hərbçiləri Əş-Şati fələstinli qaçqın düşərgəsinin sakinlərinə yerli vaxtla saat 10:00-dan 16:00-a qədər tərk etmək imkanı verəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti