İsrail İordan çayının qərb sahilində 36 fələstinlini həbs edib

   İsrail İordan çayının qərb sahilində 36 fələstinlini həbs edib
  13 Noyabr 2023    Oxunub:945
İsrail təhlükəsizlik qüvvələri bazar ertəsi gecə İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək axtarışda olan 36 nəfəri saxlayıb. Onlardan 14-ü Qəzza zolağında hakim HƏMAS hərəkatının tərəfdarıdır.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Yudeya və Samariyada təhlükəsizlik qüvvələri axtarışda olan 36 nəfəri saxlayıb, onlardan 14-ü HƏMAS terror təşkilatının tərəfdarıdır”, - deyə məlumatda bildirilir.

Ümumilikdə, oktyabrın 7-dən İsrail hərbçiləri İordan çayının qərb sahilində 1650 fələstinlini, o cümlədən 950 HƏMAS tərəfdarını saxlayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti