Rusiyada prezident seçkilərinin tarixi dekabrda elan ediləcək

   Rusiyada prezident seçkilərinin tarixi dekabrda elan ediləcək
  13 Noyabr 2023    Oxunub:876
Rusiyada prezident seçkilərinin tarixi Federasiya Şurası tərəfindən dekabrın 13-də keçirilən iclasda elan edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya parlamentindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, prezident seçkiləri 2024-cü il martın 17-nə təyin oluna bilər.

Qeyd edək ki, Rusiya prezidenti Putinin növbəti seçkilərdə namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı qərarı hələ açıqlanmayıb. “Kommersant” qəzeti isə mənbələrə istinadən yazıb ki, prezident administrasiyası Putinin özünün namizəd kimi prezidentliyə namizədliyini irəli sürmək variantını nəzərdən keçirir və onu tanınmış ictimai xadimlərdən ibarət təşəbbüs qrupu dəstəkləyəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti