İranda iki siyasi fəal bir il müddətinə azadlıqdan məhrum edilib

İranda iki siyasi fəal bir il müddətinə azadlıqdan məhrum edilib
  13 Noyabr 2023    Oxunub:989
2009-cu il prezident seçkilərində Mirhüseyn Musəvinin seçki qərargahının rəhbəri Qurban Behzadyannejad və siyasi fəal Abdulla Mömini “İranın xilası üçün dialoq” virtual toplantısında iştirak etdiklərinə görə hər biri bir il müddətinə azadlıqdan məhrum olunublar.
AzVision.az Abdullah Mömininin “X” sosial şəbəkəsində paylaşdığı məlumata istinadən xəbər verir ki, bu iki siyasi fəal və onların vəkilləri daha əvvəl Tehran İnqilab məhkəməsinin 29-cu şöbəsində keçirilən iclasda “İranın xilası üçün dialoq” adlı virtual görüşdə iştiraka görə “toplanmaq və ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq” ittihamını rədd ediblər.

Qeyd edək ki, “İranın xilası üçün müzakirə” adlı onlayn konfrans bu il aprelin sonunda “Clubhouse” sosial şəbəkəsində İranda və xaricdə yaşayan 42 ictimai-siyasi mülki fəalın iştirakı ilə keçirilib. Həmin konfransın İranda yaşayan iştirakçıları hüquq-mühafizə orqanlarına çağırılaraq, ya həbs edilib, ya da istintaqa cəlb olunub.

Bu toplantıda çıxış edənlər “Qadın, Həyat, Azadlıq” aksiyalarının repressiyasını “cinayətkar” əməl adlandıraraq, bu aksiyalar zamanı insanların küçələrə çıxmasının və hakimiyyətə itaətsizliyəin çox baha başa gəldiyini vurğulayıblar.
AzVision.az


Teqlər: İran   həbslər  





Xəbər lenti