Ermənistan, Yunanıstan və Kiprin xüsusi təyinatlıları birgə təlim keçiriblər

Ermənistan, Yunanıstan və Kiprin xüsusi təyinatlıları birgə təlim keçiriblər
  13 Noyabr 2023    Oxunub:1076
Ermənistan, Yunanıstan və Kipr xüsusi təyinatlılarının üçtərəfli birgə təlimləri keçirilib. Təlimlər Attikanın Nea Peramos bölgəsində baş tutub.
AzVision.az xəbər verir ki, bu barədə Yunanıstanın Milli Müdafiə Baş Qərargahı "X" sosial şəbəkəsində məlumat yayıb.

“Silahlı qüvvələr noyabrın 6-dan 10-dək beynəlxalq əməkdaşlığın planlaşdırılması çərçivəsində Nea Peramosda keçirilən xüsusi əməliyyat qüvvələrinin üçtərəfli birgə təlimində iştirak edib”, - məlumatda bildirilir.

Qeyd edilir ki, manevrlər zamanı çevik cavab atəşləri icra edilib, snayper atışlarının texnika və taktikası, qapalı məkanlarda döyüş, kiçik həcmli təlimlərin planlaşdırılması və keçirilməsi məşq edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Təlim   Ermənistan   Yunanıstan  





Xəbər lenti