Üç nəfər “Ceyş əl-Ədl” ilə “əməkdaşlığa”görə İranda edam olunub

Üç nəfər “Ceyş əl-Ədl” ilə “əməkdaşlığa”görə İranda edam olunub
  13 Noyabr 2023    Oxunub:1144
Zahidanda “Ceyş əl-Ədl” qruplaşması ilə “işbirliyi”ndə ittiham olunan 3 nəfər edam edilib.
AzVision.az Sistan və Bəlucistan əyalətinin Ədliyyə departamentinin rəhbəri Əli Mustəfəvinianım açıqlamasına istinadən xəbər verir ki, Məhəmməd Bərahuyi Əncüməni, Məhəmməd Kərim Barkəzayi Aksun və İdris Bilrani adlı üç müttəhim bazar ertəsi səhər saatlarında edam olunublar.

İranın ədliyyə rəsmisinni iddiasına görə, bu şəxslər Zahidan və Zabulda bombalamalar həyata keçirdiklərini etiraf ediblər.

“Ceyş əl-Ədl” qruplaşması İran hökuməti və bir sıra Qərb hökumətləri, o cümlədən ABŞ tərəfindən terror qruplaşması kimi tanınan yarımhərbi təşkilatdır.

Qeyd edək ki, həm ölkə daxilində, həm də xaricdə İranın təhlükəsizlik və məhkəmə qurumları ağır işgəncələr altında məhbus və müttəhimlərdən məcburi etiraflar almaqda, bu etiraflardan hökmlər, o cümlədən ölüm hökmləri çıxarmaq üçün əsas kimi istifadə etməkdə ittiham olunur.
AzVision.az



Teqlər: İran   edamlar  





Xəbər lenti