Belarus ovçularına çağırış: Vətənin müdafiəsinə hazır olun!

Belarus ovçularına çağırış:    Vətənin müdafiəsinə hazır olun!
  13 Noyabr 2023    Oxunub:856
Belarus ovçuları öz silahları ilə "xalq milisləri"nə qatıla biləcəklər.
Bu barədə Belarus Ovçular və Balıqçılar Cəmiyyətinin (BOOR) sədri İqor Şuneviç Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra bildirib.

“SB. Belarus seqodnya" yazır ki, söhbət mümkün təhlükələrdən gedir: “Xidmətə çağırılmayan ovçular dövləti qorumaq üçün lazım olan hər hansı fəaliyyətdə iştirak edəcəklər”.

BOOR sədri qeyd edib ki, "Bu məsələdə heç bir istisna olmayacaq".

Onun sözlərinə görə məlum cəmiyyətin üzvləri müasir avadanlıqlara və müxtəlif optik alətlərə, o cümlədən termal görüntülərə malikdirlər. Şuneviç xüsusi olaraq vurğulayıb ki, "silahı olan hər kəs anlayır ki, o, ölkəni müdafiə etməli olacaqlar".

Cəmiyyətin sədri əlavə edib ki, bu gün 32 mindən çox ovçu və 40 minə yaxın balıqçı BOOR-un üzvüdür.

Tural Tağıyev
AzVision.az



Teqlər: Belarus  





Xəbər lenti