"Müharibədə 70 min ukraynalı hərbçi öldürülüb" - KİV

   "Müharibədə 70 min ukraynalı hərbçi öldürülüb" -    KİV
  13 Noyabr 2023    Oxunub:870
Amerika rəsmiləri Ukraynanın Rusiya ilə hərbi əməliyyatlar zamanı itkilərini ən azı 70 min nəfər olaraq qiymətləndirib.
AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Bu hesablamalara görə, daha 120 min ukraynalı hərbçi yaralanıb.

Nəşr qeyd edib ki, kişi əhalinin səfərbərliyi fonunda Ukraynada qadınlar sənaye istehsalına daha çox cəlb olunmağa başlayıb. Qadınlar xüsusilə, tikinti və kömür mədənində işləmək üçün daha fəal işə götürülməyə başlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti