İran və Rusiya 2019-da dron istehsalı üzrə əməkdaşlığa başlayıb? - VİDEO

İran və Rusiya 2019-da dron istehsalı üzrə əməkdaşlığa başlayıb?    - VİDEO
  13 Noyabr 2023    Oxunub:915
İranla Rusiyanın Ukrayna müharibə başlamazdan 3 il öncə dronların istehsalı üzrə əməkdaşlığa başlaması üzə çıxıb.
İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) “Telegram” kanalı SEPAH Aerokosmik Qüvvələrinin komandanı general-mayor Əmir Əli Hacızadə ilə onun rusiyalı keçmiş həmkarı Surovikin arasında 2019-cu ildə baş tutan görüşün videosunu paylaşıb.

Hacızadə qeyd edib ki, “Pilotsuz uçuş aparatları bu gün, xüsusən də gələcək üçün, şübhəsiz ki, nəhəng bir güc sayılır. Siz kosmik sənayeninin yaradılmasında bizə kömək edirsiniz, biz də sizə dron sənayesində yardım edəcəyik”.

Videodan da göründüyü kimi, tərəflər arasında dialoq əl sıxma ilə başa çatır.

Qeyd edək ki, bu görüntülər ilk dəfə İranın təkmilləşdirilmiş Şahid-131/136 pilotsuz təyyarələrini nümayiş etdirən “Bayraqdar” sənədli filminin treylerində dərc edilib. Filmdə İran və Rusiya arasında hərbi-texniki əməkdaşlıqdan da söz açılır.

AzVision.az



Teqlər: İran   Rusiya   Dron  





Xəbər lenti